2019-02-27

Xocalı şəhər əhalisinin dünya dövlətlərinə, xalqlarına və beynəlxalq təşkilatlarına (BMT, ATƏT, AŞPA və s.)

Sizə ünvanladığımız bu "Müraciət" hər hansı bir hadisə haqqında məlumat deyil, bu bir gecənin içərisində ermənilər tərəfindən xarabalığa çevrilən, qocasına, qadınına, körpəsinə məhəl qoyulmadan gülləboran olunan Azərbaycanın tarixən qədim yaşayış məntəqələrindən biri sayılan Xocalı şəhərinin adi təsadüf nəticəsində sağ qalan sakinlərinin haqq səsi və harayıdır.

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə ermənilər tərəfindən Xankəndi (Stepanakert) şəhərində yerləşən Rusiya Federasiyasına məxsus 366-cı motoatıcı alayın hərbi texnikasının və şəxsi heyətinin birbaşa dəstəyi ilə Azərbaycan xalqına qarşı tarixdə misili bərabəri olmayan ən dəhşətli faciə, soyqırımı törədildi. Dörd tərəfdən mühasirəyə alınmış Xocalı şəhəri bir neçə saat ağır texnika və artilleriyadan atəşə tutulduqdan sonra qaniçən ermənilər şəhərə daxil olaraq şəhəri oda qaladı, qarşılarına çıxanın kimliyinə - qocalığına, qadınlığına, körpəliyinə məhəl qoymadan gülləboran edildi, qoyun kimi başları və bədən üzvləri kəsildi, gözləri çıxarıldı. Qarlı-şaxtalı o qış gecəsi təsadüf nəticəsində şəhəri tərk etməyə müvəffəq olmuş pusqulara salınaraq gülləboran edildi, qətlə yetirildi, yaralılar isə əsir götürüldü. Əsir götürülmüş dinc sakinlərə ermənilər tərəfindən verilmiş işgəncələri sözlə ifadə etmək mümkün deyildir.

Hadisə zamanı Xocalı şəhərində olan 3000 nəfərdən 613 nəfəri ermənilər tərəfindən vəhşicəsinə öldürülmüş, 1200 nəfərdən çoxu isə müxtəlif dərəcəli güllə yarası alaraq əlil olmuşdur. Qətlə yetirilənlərin 106 nəfəri qadınlar, 63 nəfəri körpələr və azyaşlı uşaqlar, 70 nəfəri isə yaşı 60-dan yuxarı olan qocalardır. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynlərini, 130 uşaq isə valideyinlərindən birini itirmişdir.

XIX əsrin birinci yarısında Rusiyanın vasitəçiliyi ilə İran və Türkiyədən köçürülərək Azərbaycan torpaqlarında məskunlaşdırılmış ermənilər həmin dövrdən xalqımız üçün böyük bəlalar gətirmiş, soyqırımlar, departasiyalar törətmiş, məhz bu yolla da mənfur məqsədləri olan "Böyük Ermənistan" dövləti yaratmaq ideyası reallaşdırmağa çalışmışlar. Bu çirkin siyasəti reallaşdırmaq naminə ermənilər tərəfindən ayrı-ayrı vaxtlarda Azərbaycanın başqa bölgələri ilə yanaşı Xocalı əhalisinə qarşı da soyqırımlar törədilmişdir.

Təkcə XX əsrdə üç dəfə, yəni 1905, 1918 və 1992-ci illərdə ermənilər tərəfindən Xocalı şəhəri yandırılmış, əhalisi min bir işgəncələrlə qətlə yetirilmiş və öz daimi yaşayış yerlərindən didərgin salınmışdır. Beynəlxalq ictimaiyyətin diqqətinə özlərini "məzlum" xalq kimi çatdıran bu vəhşi xilqətin əsil simaları bunlardır.

Ermənilərin yeritdiyi işğalçılıq siyasəti nəticəsində 1.000.000-dan artıq soydaşımız öz daimi yaşayış yerlərindən didərgin düşmüşdür.

Arxiv üzrə axtarış