İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR
Azərbaycan - Tacikistan münasibətləri.
Qısa tarixi məlumat:
İki ölkə arasında diplomatik münasibətlər 29 may 1992-ci ildə yaradılmışdır. Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı Səfirliyi 2007-ci ildə açılmışdır. Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 2008-ci ildə açılmışdır. Hal-hazırda, Azərbaycan Respublikasının Tacikistandakı səfiri Əlimirzamin Əskərovdur.
Yüksək səviyyəli qarşılıqlı səfərlər və görüşlər:
Dövlət başçıları:
2007-ci il 15-16 mart – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistana rəsmi səfər etmişdir.
2007-ci il 13-14 avqust – Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycana rəsmi səfər etmişdir.
2007-ci il 4-5 oktyabr – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistana işgüzar səfər etmişdir (MDB Dövlət Başçıları Şurasının iclası).
2012-ci il 12-13 iyul – Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycana rəsmi səfər etmişdir.
2012-ci il 15-16 oktyabr – Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycana işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin dövlət və hökumət başçılarının zirvə görüşü).
2018-ci il 10-11 avqust - Tacikistan Respublikasının Prezidenti Emomali Rəhmonun Azərbaycana rəsmi səfərdə olmuşdur.
2018-ci il 27-28 sentyabr - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistana işgüzar səfər etmişdir (MDB Dövlət Başçıları Şurasının iclası).
Hökumət başçıları:
2004-cü il 13-15 sentyabr - Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Tacikistana işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının 8-ci zirvə görüşü).
2006-cı il 4 may - Tacikistanın Baş naziri Akil Akilov Azərbaycana işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının 9-cu zirvə görüşü).
2006-cı il 24-25 may - Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Tacikistana işgüzar səfər etmişdir (MDB Hökumət Başçıları Şurasının iclası).
2011-ci il 3 sentyabr - Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Tacikistana işgüzar səfər etmişdir.(MDB Hökumət Başçıları Şurasının zirvə görüşü).
Xarici İşlər Nazirləri:
2001-ci il 4 may - Azərbaycan Respublikası xarici işlər naziri Vilayət Quliyev Tacikistana işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin
Nazirlər Şurasının 11-ci toplantısı).
18-20 may 2010-cu il - Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Tacikistana işgüzar səfər etmişdir (İslam Konfransı Təşkilatının
Xarici İşlər Nazirləri Şurasının 37-ci iclası).
2-3 aprel 2014-cü il – Tacikistan Respublikasının xarici işlər naziri Sirociddin Aslov Azərbaycana səfər etmişdir.
Parlamentlərarası əlaqələr:
Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Aydın Mirzəzadədir.
Humanitar sahədə əməkdaşlıq:
Səfərlər:
10-12 avqust 2009-cu ildə Düşənbə şəhərində MDB ölkələrinin Mədəni Əməkdaşlıq üzrə Şurasının XXIV iclasında iştirak etmək üçün Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Tacikistanda səfərdə olmuşdur.
5-6 may 2018-ci ildə Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Tacikistanın mədəniyyət naziri Şəmsəddin Orumbekzodun Azərbaycanda səfərdə olmuşdur.
Mədəni və humanitar tədbirlər:
18-22 oktyabr 2007-ci ildə Azərbaycanda Tacikistan mədəniyyət günləri keçirilmişdir.
9-12 noyabr 2008-ci ildə Tacikistanda Azərbaycan mədəniyyət günləri keçirilmişdir.
Müqavilə-hüquq bazası:
Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında 54 sənəd imzalanmışdır.