Tacikistanda müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının uçotu
Üç aydan çox müddətə Tacikistana işləməyə ezam olunmuş, təhsili ilə bağlı və ya şəxsi qaydada (qonaq, müalicə və digər məqsədlə) səfər etmiş Azərbaycan Respublikası vətəndaşları işlədikləri, təhsil aldıqları, müalicə olunduqları və ya yaşadıqları əraziyə akkreditə edilmiş Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində uçota alınırlar.
Tacikistanda müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşı konsulluq uçotuna alınması məqsədilə aşağıdakı sənədləri Azərbaycan Respublikasının Tacikistandakı Səfirliyə təqdim etməlidirlər:
- Doldurulmuş “Xarici ölkədə müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşının uçot kartoçkası”;
- Vətəndaşın şəxsiyyətini təsdiq edən Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportunun kserosurəti;
- Azərbaycan Respublikası vətəndaşının Tacikistanda daimi yaşamaq icazəsinə malik olmasını təsdiq edən sənədin kserosurəti.
Diqqət! Nəzərinizə çatdırmaq istərdik ki, xarici ölkələrdə müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotu ilə bağlı onların pasportlarında heç bir qeyd aparılmır. Vətəndaş arzu etdiyi təqdirdə onun müvəqqəti yaşayış uçotunda olması barədə konsulluq tərəfindən sərbəst formada yazılmış arayış verilir.
Konsulluq uçotuna alınmış Azərbaycan Respublikası vətəndaşı ilə birlikdə Tacikistanda müvəqqəti yaşayan 16 yaşına çatmamış uşaq olduqda, həmin uşağın doğum haqqında şəhadətnaməsinin və valideynlərinin nikah haqqında şəhadətnaməsinin (olduğu halda) surətləri Səfirliyə təqdim edilməlidir.