ASAN Viza
- “ASAN Viza” sistemi vasitəsilə verilən birdəfəlik və ya çoxdəfəlik elektron vizanın rəsmiləşdirilməsi proseduru Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir. “ASAN Viza” sistemi vasitəsilə 3 iş günü müddətində verilən birdəfəlik elektron vizanın ölkədə qalma müddəti 30 günədək, çoxdəfəlik elektron vizanın ölkədə qalma müddəti 90 günədək müəyyən edilir.
- Həmçinin “ASAN Viza” sistemi üzərindən qeyri-iş və bayram günlərindən asılı olmayaraq, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər birdəfəlik elektron vizanın sürətləndirilmiş qaydada 3 saat ərzində verilməsi məqsədilə www.evisa.gov.az internet səhifəsinə daxil olaraq müraciət edə bilərlər.
- 2018-ci ilin 15 may tarixindən etibarən Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikası Prezidentinin aktlarında və Azərbaycan Respublikasının dövlətlərarası və ya hökumətlərarası müqavilələrdə nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında “ASAN Viza” sistemi vasitəsilə birdəfəlik elektron vizanın verilməsi həyata keçirilir.
- Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında vizaların “ASAN Viza” sistemi vasitəsilə verilməsi, habelə viza ilə əlaqədar ödənişlərin “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təmin edilir.
Qeyd: Birdəfəlik elektron viza yalnız siyahıda qeyd olunan ölkələrin vətəndaşlarına rəsmiləşdirilir.
Birdəfəlik elektron viza veriləcək ölkələrin siyahısı.
AZƏRBAYCAN RESPUBLİKASININ BEYNƏLXALQ HAVA LİMANLARINDA VƏTƏNDAŞLARINA BİRDƏFƏLİK ELEKTRON VİZA RƏSMİLƏŞDİRİLƏN ÖLKƏLƏRİN SİYAHISI
|
Ölkənin adı |
Rəsmiləşdirilən vizanın müddəti |
1 |
Qətər |
30 gün |
2 |
Oman |
30 gün |
3 |
Səudiyyə Ərəbistanı Krallığı |
30 gün |
4 |
Bəhreyn |
30 gün |
5 |
Küveyt |
30 gün |
6 |
Yaponiya |
30 gün |
7 |
İndoneziya |
30 gün |
8 |
İran İslam Respublikası |
30 gün |
9 |
Çin Xalq Respublikası |
30 gün |
10 |
Koreya Respublikası |
30 gün |
11 |
Malayziya |
30 gün |
12 |
Sinqapur |
30 gün |
13 |
İsrail |
30 gün |
14 |
Birləşmiş Ərəb Əmirlikləri |
30 gün |
Aşağıda göstərilən hallarda və şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında ölkədə qalma müddəti 30 günədək müəyyən edilmiş viza rəsmiləşdirilir:
- Qətər Dövləti, Oman Sultanlığı, Səudiyyə Ərəbistanı Krallığı, Bəhreyn Krallığı və Küveyt Dövləti vətəndaşlarını müşayiət edən və eyni zamanda həmin ölkələrin rezident kartına sahib olan şəxslərə.
- Birləşmiş Ərəb Əmirliklərində 6 aydan çox etibarlılıq müddəti olan rezident vizasına malik olan şəxslərə.
- Yalnız Nyu-York-Bakı reysi ilə səfər edən Amerika Birləşmiş Ştatlarının vətəndaşlarına.
- Azərbaycan Respublikasında yaşayan ailə üzvünün vəfatı ilə əlaqədar Azərbaycan Respublikasına gəldikdə (ailə üzvünün vəfatını təsdiq edən sənəd əsasında).
- Ərazisində Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri, konsulluqları akkreditə olunmayan və Azərbaycan Respublikası ilə birbaşa hava əlaqəsi olan xarici ölkələrin vətəndaşları Azərbaycan Respublikasına gəldikdə.