İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR

Azərbaycan - Tacikistan münasibətləri.

Qısa tarixi məlumat:

 

İki ölkə arasında diplomatik münasibətlər 29 may 1992-ci ildə yaradılmışdır. Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı Səfirliyi 2007-ci ildə açılmışdır. Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 2008-ci ildə açılmışdır. Hal-hazırda, Azərbaycan Respublikasının Tacikistandakı səfiri Əlimirzamin Əskərovdur. 

 

Yüksək səviyyəli qarşılıqlı səfərlər və görüşlər:

Dövlət başçıları:

 

2007-ci il 15-16 mart – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistana rəsmi səfər etmişdir.

2007-ci il 13-14 avqust – Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycana rəsmi səfər etmişdir.

2007-ci il 4-5 oktyabr – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistana işgüzar səfər etmişdir (MDB Dövlət Başçıları Şurasının iclası).

2012-ci il 12-13 iyul – Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycana rəsmi səfər etmişdir.

2012-ci il 15-16 oktyabr – Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycana işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin dövlət və hökumət başçılarının zirvə görüşü).

2018-ci il 10-11 avqust - Tacikistan Respublikasının Prezidenti Emomali Rəhmonun Azərbaycana rəsmi səfərdə olmuşdur.

2018-ci il 27-28 sentyabr - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistana işgüzar səfər etmişdir (MDB Dövlət Başçıları Şurasının iclası).

 

Hökumət başçıları:

 

2004-cü il 13-15 sentyabr - Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Tacikistana işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının 8-ci zirvə görüşü).

2006-cı il 4 may - Tacikistanın Baş naziri Akil Akilov Azərbaycana işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının 9-cu zirvə görüşü).

2006-cı il 24-25 may - Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Tacikistana işgüzar səfər etmişdir (MDB Hökumət Başçıları Şurasının iclası).

2011-ci il 3 sentyabr - Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Tacikistana işgüzar səfər etmişdir.(MDB Hökumət Başçıları Şurasının zirvə görüşü).

 

Xarici İşlər Nazirləri:

 

2001-ci il 4 may - Azərbaycan Respublikası xarici işlər naziri Vilayət Quliyev Tacikistana işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin

Nazirlər Şurasının 11-ci toplantısı).

18-20 may 2010-cu il - Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Tacikistana işgüzar səfər etmişdir (İslam Konfransı Təşkilatının

Xarici İşlər Nazirləri Şurasının 37-ci iclası).

2-3 aprel 2014-cü il – Tacikistan Respublikasının xarici işlər naziri Sirociddin Aslov Azərbaycana səfər etmişdir.

 

Parlamentlərarası əlaqələr:

 

Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Aydın Mirzəzadədir.

 

Humanitar sahədə əməkdaşlıq:

 

Səfərlər:

 

10-12 avqust 2009-cu ildə Düşənbə şəhərində MDB ölkələrinin Mədəni Əməkdaşlıq üzrə Şurasının XXIV iclasında iştirak etmək üçün Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Tacikistanda səfərdə olmuşdur.

5-6 may 2018-ci ildə Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Tacikistanın mədəniyyət naziri Şəmsəddin Orumbekzodun Azərbaycanda səfərdə olmuşdur.

 

Mədəni və humanitar tədbirlər:

 

18-22 oktyabr 2007-ci ildə Azərbaycanda Tacikistan mədəniyyət günləri keçirilmişdir.

9-12 noyabr 2008-ci ildə Tacikistanda Azərbaycan mədəniyyət günləri keçirilmişdir.

 

Müqavilə-hüquq bazası:

 

Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında 54 sənəd imzalanmışdır.

Arxiv üzrə axtarış