Azərbaycanın Tacikistandakı Səfirliyində Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
Azərbaycan Respublikasının Tacikistandakı Səfirliyində Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib və bununla bağlı mətbuat konfransı təşkil olunub.
Səfirliyinin təşkilatçılığı ilə baş tutmuş tədbirdə Türkiyə Respublikasının Tacikistandakı səfiri və hərbi attaşesi, jurnalistlər, səfirliyin əməkdaşları və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
Anım tədbirində ilk olaraq Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov Erməni şovinist dövlətinin XIX-XX əsrlərdə mərhələli şəkildə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirdiyini və bu siyasətin tərkib hissəsi olan Xocalı soyqırımının Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisi olduğunu bildirib.
Bu hərbi təcavüz zamanı Xocalının ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edildiyini, dinc sakinlərə amansızcasına divan tutulduğunu bildirən səfir, bir neçə saat ərzində 613 azərbaycanlı, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirildiyini, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verildiyini qeyd edib.
Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailənin həyatına son qoyulduğu, 25 uşağın hər iki valideynindən, 130 uşağın isə valideynlərinin birindən məhrum edildiyi, 487 dinc Xocalı sakininin ağır yaralandığı, 1275 nəfərin girov götürüldüyü və həmin girov götürülənlərdən 150 nəfərin taleyinin indiyədək məlum olmadığı bildirilib.
Səfir əlavə edib ki, Xocalı soyqırımına siyasi-hüquqi qiymət Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıtmasından sonra verilib. Ulu Öndərin təşəbbüsü əsasında 1994-cü ildə Milli Məclisin qərarı ilə fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilib. Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün bütün zəruri addımlar atılıb.
Səfir, Xocalı soyqırımı zamanı mülki insanların xüsusi amansızlıqla qǝtlǝ yetirilmǝsi, onlara qarşı nümayiş olunan qeyri-insani rǝftar, verilmiş işgǝncǝlǝr, öldürülǝn insanların nǝşinin alçaldılması kimi elementlǝrin özlüyündǝ beynǝlxalq humanitar hüquq, insan hüquqları hüququ, bu istiqamǝtdǝ mövcud beynǝlxalq konvensiyalar, o cümlǝdǝn Soyqırımı cinayǝtinin qarşısının alınması vǝ cǝzalandırılması haqqında Konvensiya, İşgǝncǝlǝrǝ vǝ digǝr qǝddar, qeyri-insani, yaxud lǝyaqǝti alçaldan davranış vǝ cǝza növlǝrinǝ qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının lǝğv edilmǝsi haqqında beynǝlxalq Konvensiyalara zidd olmaqla, beynǝlxalq hüquqi mǝsuliyyǝt doğurduğunu söyləyib.
Soyqırımının tǝşkilatçılarından biri olan Ermǝnistanın keçmiş prezidenti Serj Sarkisyanın “Xocalıda ermǝnilǝrin dinc azǝrbaycanlılara ǝl qaldırmayacağı streotipini qırması” vǝ bununla bağlı “heç bir peşmanlığın duyulmaması” bǝyanatları Xocalı soyqırımının mǝqsǝdyönlü şǝkildǝ törǝdildiyini vǝ soyqırımı ilǝ bağlı beynǝlxalq hüquqi mǝsuliyyǝtin Ermǝnistan tǝrǝfinin üzǝrinǝ düşdüyünü sübuta yetirdiyi bildirilib.
Türkiyə Respublikasının Tacikistandakı səfiri Umut Açar çıxış edərək, faciə ilə bağlı başsağlığını çatdırıb və Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu söyləyib.
Həmçinin, mətbuat konfransı zamanı jurnalistlər Xocalı faciəsi ilə yanaşı, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı son işlər və Tacikistan-Azərbaycan əlaqələrinə dair suallar səsləndiriblər.
Səfir verilən suallar ətrafında geniş məlumat verib. Bununla yanaşı, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalının sona çatdığını, 44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini söyləyən səfir Əlimirzamin Əskərov, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin aparıldığını, Xocalı sakinlərinin, eləcə də işğaldan azad olunmuş digər rayonların sakinlərin öz evlərinə geri dönməsi prosesinin başlandığını diqqətə çatdırıb. Həmçinin, azərbaycanlıların Qərbi Azərbaycana qayıdış məsələsi, ölkənin üzləşdiyi mina problemi və onun yaratdığı fəsadlar barədə jurnalistləri məlumatlandırıb.
Tədbir çərçivəsində, Xocalı faciəsi barədə və azərbaycanlıların Ermənistandan deportasiyası ilə bağlı həmin ölkənin keçmiş prezidenti Levon Ter-Petrosyanın çıxışının əks olunduğu videoçarxlar nümayiş etdirilib. Həmçinin, Səfirlikdə Xocalı faciəsinə həsr olunmuş guşə yaradılıb və həmin guşədə faciənin dəhşətli anlarını əks etdirən fotoşəkillər nümayiş olunub.