2024-12-21

Tacikistanın Düşənbə şəhərində təşkil olunmuş xeyriyyə yarmarkasında Azərbaycan Respublikasının Tacikistandakı Səfirliyi iştirak edib

21 dekabr 2024-cü il tarixdə Tacikistanın Düşənbə şəhərində xeyriyyə yarmarkası təşkil olunmuşdur.

Tədbirdə, Tacikistan Respublikasının xarici işlər naziri Sirociddin Muhriddin açılış nitqi ilə çıxış etmiş və ölkələrin pavilyonları ilə tanış olmuşdur.

Tacikistanda akkreditə olunmuş bir neçə diplomatik nümayəndəliklə yanaşı, Azərbaycan Respublikasının Səfirliyi də tədbirdə fəal iştirak etmişdir.

Azərbaycan Respublikasının Tacikistandakı səfiri Əlimirzamin Əskərov Səfirlik tərəfindən satışa çıxarılan məhsullar barədə nazir S.Muhriddinə məlumat vermişdir.

Tədbirdə, ölkəmizin milli incəsənət, sənətkarlıq və sənaye məhsulları, Azərbaycan milli mətbəxindən və şirniyyatlarından nümunələr, suvenirlər, Səfirlik tərəfindən tacik dilinə tərcümə edilmiş kitablar, o cümlədən ölkənin turizm imkanları haqqında məlumatlar tədbirin qonaqlarına təqdim olunmuşdur.

 

Arxiv üzrə axtarış