2024-09-20

“Tacikistan Dəmir Yolları”: Orta Dəhliz ölkələrimiz arasında perspektivli nəqliyyat dəhlizlərindən biridir

Tacikistan hökuməti nəqliyyat sektorunun, xüsusilə nəqliyyat dəhlizlərinin, dəmir yolu infrastrukturunun inkişafına və ölkənin tranzit məkana çevrilməsinə böyük diqqət yetirir.

Bunu “Tacikistan Dəmir Yolları” Dövlət Unitar Müəssisəsinin yol rəisinin birinci müavini Sorbon Qulaxmadov Bakıda keçirilən “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmir yolu administrasiyaları rəhbərlərinin məşvərət toplantısında deyib.

“Orta Dəhliz ölkələrimiz arasında perspektivli nəqliyyat dəhlizlərindən biridir. “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının qurulması ölkələr arasında yükdaşımaların həcmini artıracaq. Təcrübə göstərir ki, nəqliyyatın səmərəli işləməsi üçün nəqliyyat infrastrukturunu inkişaf etdirmək, təkmilləşdirmək, optimal nəqliyyat marşrutlarını və kommunikasiyalarını qurmaq lazımdır”, - deyə Sorbon Qulaxmadov bildirib.

Arxiv üzrə axtarış