2024-07-09

Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalamışdır

Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

08 iyul 2024, 14:14
 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının aşağıdakı əməkdaşlarına diplomatik rütbələr verilsin:

 

fövqəladə və səlahiyyətli səfir

 

Əskərov Əlimirzamin Qəvvam oğlu

 

birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi

 

Atamoğlanov Ağalar Rahim oğlu

Quliyev Faiq Maqbet oğlu

 

ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi

 

Hacızadə Ayxan Elxan oğlu

Musayev Azər Samiddin oğlu

Yaqubova Aysel Şakir qızı.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 iyul 2024-cü il 

 

 

Arxiv üzrə axtarış