2024-06-19

Azərbaycanın Tacikistandakı səfiri Tacikistanın Suqd vilayətinin qubernatoru Rəcəbboy Əhmədzoda ilə görüşüb

17 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı səfiri Əlimirzamin Əskərov Xucənd şəhərinə səfəri çərçivəsində Suqd vilayətinin qubernatoru Rəcəbboy Əhmədzoda ilə görüş keçirmişdir.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyevin də iştirak etdiyi görüşdə qardaş şəhərlər olan Gəncə və Xocənd arasında əməkdaşlığın daha da genişləndirilməsi və ikitərəfli əlaqələrə dair digər məsələlər müzakirə edilmişdir.

Həmçinin, 18-19 iyun 2024-cü il tarixlərində Xucənd şəhərində keçirilən “Suqd-2024” 10-cu Beynəlxalq Yarmarkasında Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı səfiri Əlimirzamin Əskərov və Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev iştirak etmişlər.

Arxiv üzrə axtarış