2024-05-16

Tacikistan Prezidenti İƏT-ə üzv ölkələrin baş prokurorlarını qəbul edib

Tacikistan Prezidenti Emoməli Rəhmon İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin baş prokurorlarını və nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib.

Baş prokurorlar təşkilata üzv ölkələrin Baş Prokurorluqlarının iclasında iştirak etmək üçün Düşənbədə səfərdədirlər.

E.Rəhmon Tacikistanın İƏT çərçivəsində əməkdaşlığa sadiqliyini vurğulayıb və üzv ölkələrin təşkilatın fəaliyyətinin mühüm istiqamətlərinə layiqli töhfələrindən bəhs edib.

Qeyd edək ki, iclasda Azərbaycanı baş prokuror Kamran Əliyev təmsil edir.

Arxiv üzrə axtarış