2024-05-20

Bakıda Azərbaycan-Tacikistan biznes forumu keçirilib

Bakı, 20 may

İqtisadiyyat naziri Mikayıl Cabbarovun və Tacikistanın sənaye və yeni texnologiyalar naziri Şerali Kabirin iştirakı ilə Azərbaycan-Tacikistan biznes forumu keçirilib.

Biznes forumda hər iki ölkənin iş adamları, biznes strukturlarının təmsilçiləri və dövlət orqanlarının nümayəndələri iştirak ediblər.

Biznes forumu çərçivəsində şirkətlər arasında ticarət, dağ-mədən və kənd təsərrüfatı sahələrində əməkdaşlığa dair 8 sənəd imzalanıb.

 “Talko” ASC ilə “Azəralüminium” ASC arasında Anlaşma Memorandumu imzalanıb.

Tacikistan hökuməti yanında İxrac Agentliyi olan “Tajaqropromeksport” Dövlət Unitar Müəssisəsi və “Azərbaycan Sənaye Korporasiyası” ASC arasında qarşılıqlı ticarət sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.

Bununla yanaşı, “Lesinvest” MMC (Tacikistan) və “Azərbaycan Sənaye Korporasiyası” ASC arasında pambıq yağının satışı və tekstil istehsalında təcrübə mübadiləsi sahəsində, “Vodii Zarrin Aqrar Alyansı” MMC (Tacikistan) və “Azərbaycan Sənaye Korporasiyası” ASC arasında pambıqçılıq, xam pambıq emalı və tekstil istehsalı sahəsində, “Marmari” MMC (Tacikistan) və “Azərbaycan Sənaye Korporasiyası” ASC arasında pambıqçılıq, o cümlədən pambıq toxumlarının emalı sahəsində, “Sir-Daryo” MMC (Tacikistan) ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC arasında ixrac-idxal əməliyyatları sahəsində, “Bolluq” (Tacikistan) və “Qanç 2000” (Azərbaycan) şirkətləri arasında əməkdaşlıq və qarşılıqlı anlaşma haqqında, Tacikistanın “OBI - FAYZOBOD” şirkəti ilə Azərbaycanın “Universal Trade” şirkəti arasında konsiqnasiya müqaviləsi imzalanıb.

 

Arxiv üzrə axtarış