2024-02-14

Azərbaycanın Tacikistandakı səfiri Tacikistan Respublikası xarici işlər nazirinin birinci müavini ilə görüşüb

 

13 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı səfiri Əlimirzəmin Əskərov və Tacikistan Respublikası Xarici İşlər Nazirinin birinci müavini İsmətullo Nəsrəddin arasında görüş olmuşdur.

Görüş zamanı tərəflər Azərbaycan və Tacikistan arasında qarşılıqlı faydalı əməkdaşlığın hazırkı vəziyyətini və inkişaf perspektivlərini müzakirə etmişlər.

Həmçinin bütün sahələrdə birgə layihələrin həyata keçirilməsi, qarşılıqlı səfərlərin təşkili və qarşılıqlı fəaliyyətin yeni mexanizmlərinin hazırlanması barədə fikir mübadiləsi aparmışlar.

Azərbaycanın səfiri İ.Nəsrəddini yüksək vəzifəyə təyin olunması münasibətilə təbrik etmiş və ona uğurlar arzulamışdır.

Arxiv üzrə axtarış