2023-09-29

Baş nazir Əli Əsədov Tacikistan Baş nazirinin dəvəti ilə Düşənbəyə işgüzar səfərə gəlib

Bakı, 28 sentyabr, AZƏRTAC

Sentyabrın 28-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Tacikistan Respublikasının Baş naziri Koxira Rasulzodanın dəvəti ilə “Düşənbə-2023” Beynəlxalq İnvestisiya Forumunda iştirak etmək üçün Düşənbə şəhərinə işgüzar səfərə gəlib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Əli Əsədovun bir sıra ikitərəfli görüşləri planlaşdırılır.

Arxiv üzrə axtarış