2021-10-14
Düşənbədə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib
Düşənbədə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.
Azərbaycanın Tacikistandakı Səfirliyindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar səfir Əlimirzamin Əskərovun iştirakı ilə Düşənbədə Tacikistanın aparıcı media nümayəndələri üçün nahar təşkil edilib.
Səfir Əlimirzamin Əskərov qonaqları Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunması, habelə 44 günlük Vətən Müharibəsi və işğaldan azad edilmiş torpaqlarımızda aparılan quruculuq işləri barədə məlumatlandırıb.