“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ Q Ə R A R “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında |
“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına aşağıdakı məzmunda 2.5-4-1-ci bənd əlavə edilsin: “2.5-4-1. 2021-ci il 5 avqust tarixindən hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına bu Qərarın 2.5-1.1-ci və 2.5-1.3-cü bəndlərinin tələbləri nəzərə alınmaqla icazə verilir: 2.5- 4-1.1. Almaniya Federativ Respublikası; 2.5- 4-1.2. Avstriya Respublikası; 2.5- 4-1.3. Belçika Krallığı; 2.5- 4-1.4. Çexiya Respublikası; 2.5- 4-1.5. Danimarka Krallığı; 2.5- 4-1.6. İrlandiya Respublikası; |
2 |
2.5- 4-1.7. İspaniya Krallığı; 2.5- 4-1.8. İsveç Krallığı; 2.5- 4-1.9. İsveçrə Konfederasiyası; 2.5- 4-1.10. Kanada; 2.5- 4-1.11. Lüksemburq Böyük Hersoqluğu; 2.5- 4-1.12. Malta Respublikası; 2.5- 4-1.13. Niderland Krallığı; 2.5- 4-1.14. Polşa Respublikası; 2.5- 4-1.15. Portuqaliya Respublikası; 2.5- 4-1.16. Serbiya Respublikası; 2.5- 4-1.17. Sinqapur Respublikası; 2.5- 4-1.18. Slovakiya Respublikası; 2.5- 4-1.19. Sloveniya Respublikası; 2.5- 4-1.20. Yunanıstan Respublikası.”. |
Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri |
Bakı şəhəri, 2 avqust 2021-ci il N 231