2021-02-15

Azərbaycan-Tacikistan əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə olunub

Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə ilə bu ölkənin sənaye və yeni texnologiyalar naziri Şerali Kabir arasında görüş keçirilib.

AZƏRTAC xəbər ki, görüşdə iki dövlət arasında qarşılıqlı maraq kəsb edən sahələr, o cümlədən yüngül və yeyinti sənayesi, neft-kimya, geologiya, əlvan metalların emalı, hidroenergetika, kənd təsərrüfatı məhsullarının emalı Azərbaycan sərmayəsinin Tacikistan iqtisadiyyatına cəlb edilməsi məsələləri müzakirə olunub.

Söhbət zamanı Tacikistanda texnoparkların təşkilində Azərbaycan təcrübəsi, ölkələrimiz arasında e-hökumət sahəsində əməkdaşlıq, Tacikistana məxsus yüklərin Azərbaycan ərazisindən daşınması və s. sahələrə dair fikir mübadiləsi də aparılıb.

Görüşdə, həmçinin nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları sahələrində ikitərəfli əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.

 

https://azertag.az/xeber/1712523

Arxiv üzrə axtarış