2021-01-20

Tacikistan mətbuatında 20 Yanvar faciəsi ilə bağlı material yayımlanıb

Tacikistanın “faraj.tj” portalında 20 Yanvar faciəsi ilə bağlı tacik dilində material yayımlanıb.

AZƏRTAC xəbər verir ki, məqalədə 20 Yanvar faciəsinin yaranma səbəbləri haqqında ətraflı məlumat verilir.

Materialda deyilir ki, Azərbaycan xalqının azadlığı və müstəqilliyi uğrunda Bakının küçələrinə əliyalın çıxan insanlar keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçovun əmri ilə sovet ordusu və daxili qoşunların hissələri tərəfindən güllələnib. Bir gecənin içində günahsız insanlar - qocalar, qadınlar, uşaqlar qətlə yetirilib, 700-dən artıq insan yaralanıb və itkin düşüb. Yalnız yanvarın 20-də səhər tezdən radio ilə Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında M.Qorbaçovun fərmanı oxunub.

Məqalədə faciədən bir gün sonra o vaxt Moskvada yaşayan dünya şöhrətli siyasətçi Heydər Əliyevin Azərbaycan nümayəndəliyinə getməsi, mətbuat konfransı keçirməsi və SSRİ-nin rəhbərlərini ittiham etməsi haqqında da məlumat verilir.

Bildirilir ki, 1990-cı ilin 20 yanvar günü Azərbaycan xalqının yaddaşında Qanlı Yanvar faciəsi, eyni zamanda qəhrəmanlıq rəmzi kimi qalıb. O müdhiş gündən 31 il keçməsinə baxmayaraq hər il Azərbaycan xalqı bu günü qeyd edir, Şəhidlər xiyabanına gedərək onların ruhu qarşısında baş əyir.

 https://azertag.az/xeber/1692251

Arxiv üzrə axtarış