2020-07-20

Tacikistanın Xarici işlər nazirinin müavininə Ermənistanın son təxribatları haqqında məlumat verilib

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə törətdiyi təxribatçı əməllərin Tacikistanın rəsmi orqanlarının diqqətinə çatdırılması məqsədilə Azərbaycanın bu ölkədəki səfiri Həsən Məmmədzadə Tacikistan Xarici İşlər nazirinin birinci müavini Xusrav Noziri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatlar haqqında Tacikistan tərəfinə ətraflı məlumat verilib və Ermənistanın sülh danışıqlarını pozmaq üçün növbəti dəfə təxribat törətdiyi bildirilib.

Nazir müavini Azərbaycan və Ermənistan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar Tacikistan tərəfinin narahatlığını diqqətə çatdırıb.

Görüşdə, həmçinin Azərbaycan-Tacikistan Hökümətlərarası Birgə Əməkdaşlıq Komissiyasının növbəti iclasına hazırlıq işləri, müxtəlif sahələrdə ikitərəfli münasibətlərin indiki vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

15952499913905248716_1000x669

https://azertag.az/xeber/1541907

Arxiv üzrə axtarış