2020-07-01

Tacikistan portalı Azərbaycan xalçası haqqında məqalə yerləşdirilib

Tacikistanın avesta.tj portalı öz səhifəsində rus dilində “Azərbaycan xalçası xalqın milli sərvətidir” sərlövhəli məqalə yerləşdirib.

AZƏRTAC xəbər verir ki, materialda Azərbaycan xalçaları haqqında ətraflı məlumat verilir, bildirilir ki, xalçalar xalqının həyatında və məişətində əsas yer tutur.

Yazıda xalçaçılıq sənəti ilə bağlı ətraflı söhbət açılır, Azərbaycan Milli Xalça Muzeyindən danışılır, bildirilir ki, muzeydə 14 min eksponat qorunur.

Məqalədə Quba, Bakı, İrəvan, Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbriz xalça məktəblərinin xüsusiyyətləri şərh olunur, xalıların oxşar və fərqli cəhətləri izah edilir.

Bildirilir ki, 2010-cu ildə Azərbaycan xalça sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil olunub.

Vurğulanır ki, Azərbaycan Nazirlər Kabinetinin 15 iyul 2019-cu il tarixli qərarı ilə ölkəmizin xalça sənətinin qorunması və təbliği sahəsindəki müstəsna xidmətlərinə görə Azərbaycan Xalça Muzeyinə “Milli” statusu verilib.

1593592190394646882_1000x669

https://azertag.az/xeber/Tacikistan_portali_Azerbaycan_xalchasi_haqqinda_meqale_yerlesdirilib-1525763

Arxiv üzrə axtarış