2020-05-10

Tacikistanın avesta.tj portalı ulu öndər Heydər Əliyevin şərəfli ömür yolundan yazıb

Düşənbə, 12 may, АZƏRTAC 

Tacikistanın avesta.tj portalında ulu öndər Heydər Əliyev haqqında rus dilində məqalə yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, yazıda Ümummilli Liderin həyat və fəaliyyəti, şərəfli ömür yolu, habelə Azərbaycanın tarixindəki müstəsna xidmətləri haqqında məlumat verilir, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək vəzifələrdə işlədiyi dövr haqqında söhbət açılır.

Məqalədə Heydər Əliyev tanınmış siyasi xadim kimi təhlil edilir, SSRİ dövründə Azərbaycanın rəhbəri işlədiyi dövrdə respublikanın sənaye potensialını yüksəltdiyi üçün Sosialist Əməyi Qəhrəmanı kimi fəxri ada layiq görüldüyü vurğulanır.

Yazıda Ulu Öndərin həm keçmiş SSRİ , həm də müstəqillik dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə əldə olunan uğurlar haqqında ətraflı söhbət açılır.

Bildirilir ki, müstəqil Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub və bu, danılmaz faktdır.

Materialda Rusiya, Türkiyə və Tacikistan Prezidentləri Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Emamali Rahmonun bu böyük siyasi xadim haqqında dedikləri fikirlərə də yer verilib.

https://azertag.az/xeber/1485009

Arxiv üzrə axtarış