2020-04-15

Tacikistan portalında Azərbaycan qadınından bəhs edən geniş məqalə yayılıb

Düşənbə, 15 aprel, АZƏRTAC 

Tacikistan avesta.tj portalında “Azərbaycan xalqının tarixində görkəmli qadınlar” sərlövhəli geniş məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, rus dilində yayılan məqalədə Azərbaycan xalqının tarixində iz qoyan qadınlardan söhbət açılır.

Materialda qədim dövrlərdə Azərbaycan hökmdarlarının anaları, xanımları və qızlarının ağıllı məsləhətləri ilə idarəçilikdə yaxından iştirak etdikləri bildirilir. Ədəbiyyat və mədəniyyət sahələrində tanınmış Azərbaycan qadınları Məhsəti Gəncəvi, Xurşidbanu Natəvan, Həmidə Cavanşir, Nabat Aşurbəyli, Nigar Rəfibəyli, Mirvarid Dilbazi, Hökumə Billuri, Əzizə Cəfərzadə və digərləri haqqında məlumat verilir.

Yazıda tibb elmləri doktoru, akademik Zərifə Əliyeva, filologiya elmləri doktoru, professor Aida İmanquliyeva, professor Rəfiqə Əliyeva, Xalq artisti Nəsibə Zeynalova, Xalq artisti, bəstəkar Şəfiqə Axundova və digər tanınmış qadınlarımız haqqında söhbət açılır.

Məqalədə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyəti haqqında ayrıca danışılır, onun ölkəmizdə humanizm və xeyirxahlıq simvolu olduğu diqqətə çatdırılır. Həmçinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanda və dünyada həyata keçirilən layihələr barədə məlumat verilir.

 1586921594317322803_1000x669

https://azertag.az/xeber/1462715

Arxiv üzrə axtarış