Tacikistanın avesta.tj portalı Azərbaycanda koronavirusla mübarizə tədbirlərinə dair məqalə yerləşdirib
Düşənbə, 27 mart, AZƏRTAC
Tacikistanın avesta.tj portalı Azərbaycanda koronavirusla mübarizə tədbirlərinə dair rus dilində məqalə yerləşdirib.
AZƏRTAC-ın məlumatına görə, məqalədə bildirilir ki, Azərbaycanda koronavirusla əlaqədar karantin rejimi tətbiq olunub, beşgünlük iş həftəsi üçün martın 24-dən aprelin 3-dək, altıgünlük iş həftəsi üçün isə martın 26-dan 28-nə və 30-dan aprelin 4-dək iş günləri olmayacaq.
Məqalədə koronavirusa tutulanların və karantinə yerləşdirilənlərin sayı, bu istiqamətdə həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verilir.
Məqalədə vurğulanır ki, Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb və ilk olaraq Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bir illik əməkhaqlarını bu fonda köçürüblər.