2019-09-19

Azərbaycan-Tacikistan əməkdaşlığının inkişafı məsələləri müzakirə edilib

71702757_2538173146401558_602842086407929856_oAzərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə ilə bu ölkənin Xarici İşlər nazirinin birinci müavini Xusrov Noziri arasında görüş keçirilib.

Görüşdə müxtəlif sahələrdə ikitərəfli münasibətlərin indiki vəziyyəti və perspektivləri, ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Tacikistan Hökümətlərarası Komissiyasının növbəti iclasına hazırlıq işləri, bu ilin oktyabrında Bakıda keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə görüşündə Tacikistan nümayəndə heyətinin iştirakı məsələsi müzakirə edilib, Bakı-Düşənbə aviareysinin açılması imkanlarına dair fikir mübadiləsi aparılıb.

Nazir müavini son illər ərzində Azərbaycan tərəfindən ölkə universitetlərində tacik tələbələri üçün ayrılmış kvotaların sayının artırıldığını qeyd edib, bunu ölkələrarası humanitar sahədə əlaqələrin yeni uğuru kimi qiymətləndirib.

Səfir sonda nazir müavinini yeni təyinatı, eləcə də qarşıdan gələn Tacikistan diplomatik xidmət orqanı əməkdaşlarının peşə bayramı münasibətilə təbrik edib, gələcək diplomatik fəaliyyətində ona uğurlar arzulayıb.

Arxiv üzrə axtarış