Səfir Həsən Məmmədzadə Tacikistan Milli Kitabxanasının direktoru Mirolizoda Abdusalom arasında görüş keçirilmişdir.
01 noyabr 2018-ci ildə Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Həsən Məmmədzadə Tacikistan Milli Kitabxanasının direktoru Miralizoda Abdusalom arasında görüş keçirilmişdir.
Səfir H.Məmmədzadə görüşə görə öz təşəkkürünü bildirərək, Azərbaycanın Tacikistanı həm tərəfdaş və dost olduğunu bildirmişdir. İki ölkə başçılarının carı il ərzində qarşılıqlı səfərləri zamanı imzalanmış Sazişlər iki ölkə arasındakı ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyinə əmin olduğunu qeyd etmişdir. Görüşdə iki ölkə arasında siyasi sahədə səmimi dost münasibətlərin olmasının iqtisadi-ticari və mədəni əlaqələrin daha yüksək səviyyəyə qaldırılmasına köməklik edəcəyi vurğulanmışdır.
Direktor M.Abdusalom Tacikistan Milli Kitabxanası ölkənin əsas mədəni mərkəzlərindən biri olduğunu və Orta Asiya üzrə ən böyük kitabxana seçildiyini bildirmişdir. Kitabxanada dahi Azərbaycan şairləri Nizami Gəncəvinin, Məhəmməd Füzulinin və digər müəlliflərin əsərlərinin əlyazmaları saxlanıldığını bildirmiş və ümumilikdə kitabxanada dünyanın 28 dilində 6 milyondan artıq kitab mövcud olduğunu qeyd etmişdir.
Görüşdə ölkələrimizin milli kitabxanaları arasında əlaqələrin yaranması və inkişafı, bu sahədə təcrübə mübadiləsinin aparılması, əlyazmaların birgə tədqiqi məsələləri müzakirə edilmişdir.
Görüşdən sonra Tacikistan Milli Kitabxanasında saxlanılan qədim əl yazmalar və 13-cü əsrə aid olan kitablar ilə geniş təqdimat olmuşdu və Azərbaycan guşəsi ilə tanışlıq baş tutmuşdu. Səfir Litvada dərc olunmuş "Трагедия Чёрного Сада"(Гинтарас Висоцкас), "Решения политиков, изменившие судьбы народов" (Леонас Юрша), "Переселение народов на Кавказе XXв"(Альгимантас Лекис) kitablar və kitabçaları Tacikistan Milli Kitabxanasına hədiyyə etdi.