AVESTA, Tacikistan 18.05.2018
Müəllif: Zamirə Əmirbəyova
Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Həsən Məmmədzadə “Avesta”ya müsahibəsində Tacikistan-Azərbaycan əməkdaşığının indiki vəziyyəti və inkişaf perspektivlərindən danışıb.
- 2017-ci il dekabrın 8-də Azərbaycanın Litvadakı diplomatik missiyasının rəhbəri vəzifəsindən geri çağırılaraq, Tacikistana səfir göndərilmisiniz. Buraya ilk gəlişinizdə sizdə hansı təəssüratlar yarandı?
- Azərbaycanın Tacikistandakı səfiri təyin olunduqdan dərhal sonra ölkənizin adət-ənənələrilə, mədəniyyətilə daha dərindən maraqlanmağa başladım. Əvvəllər, tələbəlik illərində və xarici səfərlər etdiyim, müxtəlif seminar və konfranslara qatıldığım zaman Tacikistanın təmsilçilərilə təmaslarım olub. Ortaq mədəniyyət bizi dostluq bağları ilə bağlayır. Biz bu günədək dostluq edir, əlaqə saxlayırıq.
Lakin bu, Tacikistana ilk səfərim idi və bu səfər məndə ölkəniz, insanların qonaqpərvərliyi, buranın ənənələrilə bağlı müsbət emosiyalar yaradıb. Ən əsası və dəyərlisi isə insan amilidir. Ölkənizdə olduğum qısa müddətdə bu istilik və qonaqpərvərliyin şahidi olmuşam. Ölkələrimiz arasında səmimi və dost münasibətlərinin oduğunu görmək çox xoşdur.
- Cənab səfir, ölkələrimiz və xalqlarımız arasındakı əlaqələrin çoxəsrlik tarixi var. Azərbaycan və tacik xalqlarını ortaq adət-ənənələr, din birləşdirir. İki ölkə arasında münasibətlərin indiki səviyyəsini necə qiymətləndirirsiniz?
- Bizim xalqlarımız qədim tarixi köklərə malikdir. Buna bir çox misalar gətirmək oar: bənzər ənənələr, ortaq bayramlar, toy mərasimləri, ailədə və cəmiyyətdə gənc nəslin yaşlılara hörməti, uşaqların valideyn sözünə baxması və sair. Bu dəyərlər bizim gündəlik həyatımızın ayrılmaz hissəsidir. Coğrafi uzaqlığa baxmayaraq, xalqlarımız arasında bu dəyərlərə əsaslanan kifayət qədər qarışıq nikahlar da var.
- Bəs siyasi münasibətlərimizin səviyyəsi necədir?
- Əlbəttə, ikitərəfli münasibətlərimiz dinamik inkişaf edir. Bu münasibətlərin müsbət tərəfi odur ki, ölkələrimiz arasında hər hansı siyasi fikir ayrılığı yoxdur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə Tacikistan prezidenti Emomali Rahmon arasında çox sıx əlaqələr və səmimi dostluq olub və iki lider tərəfindən münasibətlərin çox möhkəm təməli qoyulub. Bu gün də Azərbaycan-Tacikistan əaqələri prezidentlər İlham Əliyev və Emomali Rahmonun rəhbərliyi atında inkişaf edir. Artıq qeyd etdiyim kimi, Azərbaycan-Tacikistan ikitərəfli əməkdaşlığı dostluq, qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanır, ölkələrimiz arasında siyasi münasibətlər yüksək səviyyədədir, prezidentlərimiz arasında olan səmimi dostuq münasibətləri ümumi atmosferə də müsbət təsirini göstərir. İki dövlət bir-birini həm ikitərəfli, həm də beynəlxalq formatda dəstəkləyir. Bu il Azərbaycan Tacikistan vətəndaşarının ali təhsil alması üçün 2 kvota ayırıb. Bu kvota artırılacaq.
- Mümkünrsə, bir neçə kəlmə də ölkələrimiz arasındakı hüquqi baza haqda danışardınız.
- Müstəqilliyin əldə edilməsindən sonra ölkələrimiz arasında 45-dən çox sənəd imzalanıb. Hazırda daha onlarla sənədin imzalanması imkanları nəzərdən keçirilir. Bu sənədlər ikitərəfli münasibətlərdə tənzimləmə rolunu oynayır.
- Bəs iqtisadi münasibətlərimiz necə inkişaf edir?
- Səfirliyin əsas vəzifələrindən biri də iqtisadi münasibətlərin inkişafıdır. Lakin, təəssüf ki, obyektiv və ya subyektiv səbəblərdən ölkələrimiz arasında iqtisadi münasibətər mövcud potensialımıza uyğun gəlmir. Bu əlaqələrin inkişafında Tacikistanın Bakıdakı səfirliyinin fəal rolunu da qeyd etmək lazımdır.
Regiondakı pozitiv addımlar, qonşu ölkələr arasında siyasi münasibətlərin istiləşməsi Azərbaycanla Tacikistan arasında tranzit tariflərinin aşağı salınmasına gətirib çıxaracaq və bu, gələcəkdə iqtisadi münasibətlərimizin genişlənəcəyinə ümid yaradır. Azərbaycanla Tacikistan arasında birbaşa aviareyslərin olmaması da münasibətərin inkişafında çətinliklər yaradır.
İki ölkə iqtisadi-ticari əməkdaşıq üzrə hökumətlərarası komissiyanın rolunu ayrıca qeyd etmək istərdim. Komissiya mövcud problemlərin həllinə çalışır və onları həll edir. Azərbaycanın iqtisadi inkişaf təcrübəsi, o cümlədən zəngin tarixi ilə tanınan xalçaçılıq sənəti, Tacikistan tərəfinin böyük marağına səbəb olub. Bundan başqa, Azərbaycan brendi olan “ASAN Xidmət” də Tacikistanın diqqətini cəlb edib.
Azərbaycan da öz növbəsində, əldə etdiyi təcrübəni bölüşməyə hazırdır və bu, ondan xəbər verir ki, ölkəmizdə aparıan islahatlar və iqtisadi siyasət dərin düşünülmüş, ölçülüb-biçilmiş siyasətdir. Bu, öz müsbət nəticələrini verir.
İqtisadi sahədə ikitərəfli münasibətlərimizin əsas göstəricisi allümin istehsalında əməkdaşlıqdır. Vaxtilə Azərbaycandan gil-torpaq, koks və digər neft-kimya məhsulları alan TALCO zavoduna bu məhsulların tədarükünü bərpa etmək istəyirik. Bu sahədə işlər davam edir və biz bu işi hərtərəfli dəstəkləyirik. Hazırda bu əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi üzərində işlər davam edir.
- İki ölkə arasında keçirilən biznes-forumlar nə dərəcədə səmərəlidir?
- Qeyd etdiyimiz kimi, hər iki ölkənin iş adamları müxtəlif vaxtlarda toplaşaraq birgə iş qurulmasının yollarını axtarır. Bu münasibətlərin səmərəli qurulması üçün bəzi maneələr var idi, lakin onlar da aradan qaldırılır və ümid edirik ki, yaxın vaxtlarda biz müsbət nəticənin şahidi olacağıq. Biznes elə bir sahədir ki, orada maraqlar və gəlir var. Onlar mütləq özünə yol tapmalıdır. Əlbəttə ki, səfirliyin məşğul olduğu məsələlərdən biri də biznes-forumların keçirilməsi və bundan müsbət nəticələrin alınmasıdır.
- Azərbaycanda tacik-fars ədəbiyyatının klassikləri Əbu Abdulla Rudaki, Əbülqasım Firdovsi, Səədi Şirazi, Hafiz, Ömər Xəyyam, Əbdürrəhmani Cami və digərlərini sevdikləri kimi, Tacikistanda da dahi Azərbaycan şairləri Nizami Gəncəvi, Xəqani Şirvani, Məhəmməd Fizuliyə böyük rəğbət var. Onların dünya ədəbiyyatı xəzinəsinə misilsiz töhfəsi olub. Ölkələrimiz arasında mədəni əlaqələrin indiki səviyyəsini necə qiymətəndirirsiniz?
- Adlarını çəkdiyiniz şair, yazıçı və dramaturqları həm Azərbaycanda, həm də Tacikistanda sevirlər. Bu mütəfəkkirlərin əsərlərinə hər iki ölkənin məktəb dərsliklərində rast gəlmək olar. Sevindiricidir ki, Düşənbə şəhərini Əbuəli ibn Sina (Avisenna), Sədrəddin Ayni və Rudakinin heykəlləri bəzəyir və bu heykəllərin müəllifləri azərbaycanlı heykəltəraşlardır. Hər iki ölkə zəngin tarixi irsə malikdir. Tacikistanda muğamı dinlədikləri kimi, Azərbaycanda da şaşmakom və falakı sevirlər. İllərdir Azərbaycanın keçirdiyi musiqi festivallarında Tacikistandan da xüsusi yaradıcılığı ilə fərqlənən mədəniyyət xadimləri iştirak edirlər. Şəxsən mən avtomobildə gedərkən radioda Azərbaycanın Rəşid Behbudov, Müslüm Maqomayev və Zeynəb Xanlarova kimi mədəniyyət xadimlərinin ifalarını eşidirəm və Azərbaycan mədəniyyətinin Tacikistanda nə qədər sevildiyinə bir daha əmin oluram.
Biz ölkələrimizi mədəniyyət sahəsində daha da yaxınlaşdırmaq üçün bir sıra tədbirlər keçirməyi düşünürük. Mədəni münasibətlərimizin dərinliyinə varsaq, bu sahədə inkişaf meyllərinin olduğunu görərik. Coğrafi baxımdan uzaq olmağımıza rəğmən, Azərbaycan və tacik xalqları arasında əlaqələr həmişə inkişaf edib.
Mövzunun konkretləşdirsək, belə bir misal gətirmək olar: 14-cü əsrdə görkəmli şair, filosof, mütəfəkir Kamol Xucandi Nizami Gəncəvinin “Xəmsə”sini oxuduqdan sonra Azərbaycan fəlsəfi fikrilə tanış olmaq, onun dərinliyinə varmaq üçün belə bir uzaq məsafəni qət etməyə qərar verib. O, Xucanddan o zaman bütün Şərqdə elm və mədəniyyət mərkəzlərindən biri kimi tanınmış Gəncəyə yola düşür. Beləliklə də, Kamol Xucandi burada elmin sirlərinə yiyələnib, bir neçə il yaşayıb, oxuyub-öyrənib, yazıb, yeni əsərlər yaradıb. Bütün bu faktlar azərbaycanlılarla taciklər arasında mədəni münasibətlərin sıx olduğundan xəbər verir.
- Qarabağ münaqişəsi uzanır. Sizcə, onun həllinə mane olan əsas əngəl nədir?
- Doğrudan da Ermənistan-Azərbaycan, Dağıq Qarabağ münaqişəsi 25 ildən artıqdır ki, həllini tapmır. Bildiyiniz kimi, Sovet İttifaqı dağılmazdan əvvəl Dağlıq Qarabağda yaşayan ermənilər yerli əhaliyə qarşı separatçı cinayətlər törətməklə Azərbaycandan ayrılmağa cəhd edib. Bu zaman insanlar əsrlər boyu yaşadıqları doğma torpaqlardan zorla qovulub və qətlə yetirilib. Azərbaycana qarşı yürüdülən bu təcavüzkar siyasət nəticəsində Dağlıq Qarabağ və ətraf yeddi rayon, yaxud Azərbaycan ərazisinin 20%-i işğal olunub, minlərlə insan itkin düşüb, qadınlar, qocalar, uşaqlar girov götürülüb, dəhşətli işgəncələrə məruz qalıb, bir milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, onların hüquqları kobud şəkildə pozulub. Xocalıda və Azərbaycanın başqa yaşayış məntəqələrində soyqırım aktları törədilib.
Bu işğalçı siyasət, beynəlxaq hüququn norma və prinsiplərinin, insan haqlarının kobud şəkildə pozulması nəticəsində 25 il əvvəl 1992-ci il mayın 8-də Azərbaycan mədəniyyətinin beşiyi sayılan, tarixi abidələrlə zəngin olan, dünyaya dahi şəxsiyyətlər, yazıçılar, şairər və musiqiçilər vermiş Şuşa şəhəri də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İşğal zamanı minlərlə muzey eksponatı talan edilib, yüzlərlə tarixi-mədəni abidə dağıdılıb, müqəddəs məbəd və məscidlər vandalizm aktlarına məruz qalıb, böyük sayda nadir qədim əlyazma nümunələri məhv edilib, təhsil və səhiyyət obyektləri xarabalığa çevrilib.
Doğrudur, oxşar hadisələr postsovet məkanının başqa ölkələrində də yaşanıb. Lakin bizi xalqa qarşı həyata keçirilmiş etnik təmizləmə, soyqırım və təcavüz aktları xüsusi qəddarlığı ilə seçilib.
Buna baxayaraq, biz hələ də münaqişənin sülh yolu ilə nizamlanacağına ümid edirik. Dağlıq Qarabağ münaqişəsini həll etməyə imkan verməyən əsas məneə Ermənistan hakimiyyətinin destruktiv mövqeyi, beynəlxalq normalara, BMT qətnamələrinə əməl etməməsi və buna rəğmən, cəzasız qalmasıdır. Biz müşahidə edirik ki, əli qana bulaşmış Sarqsyan rejiminin çökməsindən sonra Ermənistanın yeni hakimiyyəti münaqişənin nizamlanması üçün addımar atacaq. Çünki bu münaqişədən azərbaycan xalqı ilə yanaşı ermənilər də əziyyət çəkir. Onlar hakim rejimin girovuna çevrilib.
Biz diplomatlar ümid edirik ki, artıq atəş səsləri eşidilməyəcək, bölgədə və qonşuluqda sülh və təhlükəsizlik hakim olacaq, 25 il əvvəl doğma evlərindən qovulmuş insanlar doğma yurdlarına qayıdacaq. Əvvəllər mən Avropada çalışırdım və avtomobillə bir ölkədən digərinə keçərkən sərhədləri hiss etmirdim. Ümid edirəm ki, bizim bölgədə də belə olacaq. Lakin bunun üçün qonşu qonşunun torpağına göz dikməməlir.
- Mümkünsə, bir neçə kəlmə Tacikistandakı Azərbaycan diasporu haqda da danışardınız.
- Sevindirici haldır ki, azərbaycanlılar Tacikistanın siyasi həyatında fəal rol oynayıb və bu gün tacik xalqı onların adlarını hörmətlə anır. Məsələn, Mirzə Davud Hüseynov. O, Tacik Sovet Sosialist Respublikasının ilk rəhbəri, Tacikistanın ilk birinci katibi olub. 1938-ci ildə Stalin repressiyasına məruz qalıb. Sovet hakimiyyətinin ilk illərində Azərbaycandan Mərkəzi Asiyaya kömək üçün 4 min adam göndərilib. Onların bir qismi Tacikistanda işləyib. 50-ci illərdə isə Azərbaycandan buraya onlarla həkim göndərilib. Onlardan biri burada Respublika Xəstəxanasına rəhbərlik etmiş həkim Maqsud Səfər oğlu Qasımov olub. O zaman burada epidemiya tüğyan edirmiş. Həkim Qasımov Tacikistanın Moskva rayonunda epidemiyanın qarşısını ala bildiyi üçün ordenlə mükafatlandırılıb.
Rusiya Elmlər Akademiyasının akademiki, Rusiya Federasiyasının baş onkoloqu Məmməd Əliyevin atası Cavad Əliyev də burada işləyib. Əliyev rəhbərlik etdiyi poliklinika hazırda onun adını daşıyır.
Sovet vaxtı su təsərrüfatı nazir Poad Poladzadə də əmək fəaliyyətinə Tacikistanda başayıb. Biz azərbaycanlıların axtarışlarını davam etdirir və onların hər birinin adını kartotekaya daxil edirik.
- Cənab səfir, bilirik ki, mayın 28-də sizin Respublika özünün Müstəqillik Gününü qeyd edir. Zəhmət olmasa, Azərbaycan Demokratik Respublikasının yaranma tarixindən də danışın.
- Bu il biz həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyini qeyd edirik. 2018-ci il ölkədə “ADR ili” elan edilib. 1918-ci il mayın 28-də yaradılmış və Şərqin ilk demokratik respublikası olmuş ADR cəmi 23 ay yaşaya bilib. 1920-ci il aprelin 28- Azərbaycanı işğal edən bolşeviklərin Qırmızı ordusu onu süquta uğradıb. Lakin ADR öz müstəqilliyini elan etməklə, xalqın müstəqilliyə, azadlığa və milli müqəddəratını həll etməyə can atdığını hər kəsə nümayiş etdirib. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı formalaşıb, sərhədlər müəyyən edilib, Respublikanın bayrağı, himni və gerbi yaradılıb, doğma dilimiz dövlət dili elan edilib, maarif və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilib, Azərbaycanın ilk universiteti (Bakı Dövlət Universiteti) təsis edilib.
Müsəlman Şərqində ilk dəfə olaraq qadınlara səsvermə hüququ ADR-də verilib. Bu, hətta Amerika və bəzi Avropa ölkələrindən də əvvəl olub.
Bundan başqa, qısa müddətdə dünyanın bir çox ölkəsi ilə diplomatik münasibətlər qurulub.
Bir də 1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan yenidən müstəqil olub və özünü ADR-in varisi elan edib. O andan Demokratik Respublikanın atributları – bayrağı, himni və gerbi fə bərpa olunub.
Bir sözlə, mayın 28-i Azərbaycan xalqı üçün böyük və əlamətdar tarixdir. O vaxtdan xalqımız Azərbaycanın müstəqilliyini bəyan etdiyi 28 mayı təntənəli şəkildə qeyd edir. Artıq dediyim mimi, 2018-ci il “Azərbaycan Demokratik Respublikası İli” elan edilib və hökumət tərəfindən il boyu silsilə tədbirlərin keçirilməsi planlaşdırılır.
- Maraqlı söhbətə görə təşəkkür edirik, cənab səfir!
|