"2017- İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlər arası dialoq” adlı Beynəlxalq Konfrans keçirilmişdir
21 dekabr 2017-ci il tarixində dövlət, elm və din xadimlərinin, beynəlxalq təşkilatların rəhbərləri va təmsilçilərinin iştirakı ilə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində "2017- İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlər arası dialoq” adlı Beynəlxalq Konfrans keçirilmişdir.
Konfrans iştirakçıları,
Mədaniyyətlar va dinlərarası dialoqun, milli, mədəni və dini dəyərlərin və ənənələrin qorunmasına va inkişafına xüsusİ önəm verən Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri, cənab İlham Əliyevin elan etdiyi "İslam Həmrəyliyi İli” çərçivəsinda dinlərarası dialoq mövzusunda 2017-ci ildə Azərbaycanda, Finlandiyada, İranda, Türkiyadə, Rusiyada, Özbəkistanda və İspaniyada keçirilmiş birgə konfransları təqdir etdiər və Azərbaycan Respublikasının Prezidentinin bu tədbirlərə göstərdiyi diqqət və dəstəyi yüksək qiymətləndirdilər;
Türkiyə Respublikası Prezidentinin, İran İslam Respublikasının Prezidentinin, Özbəkistan
Respublikası Prezidentinin, Müqaddəs Taxt-Tacın, Ekumenik Patriarxının,Moskva və bütün Rusiya Patriarxının, bütün Gürcüstanın Katolikos-Patriarxının müraciətnamələrini alqışladılar.
Qarşılıqlı etimad və anlaşma mühitində mədəni müxtəlifliyin, mədəniyyətlər və dinlərarası dialoqun və bununla bağlı beynəlxalq əməkdaşlığın təşviq edilməsinin sülh ve təhlükəsizliyin əsas təminatı kimi çıxış etdiyini vurğuladılar. Bu sahəda qlobal təhdid va çağırışların qarşısının alınmasına yönəlmiş 2008-ci ildən başlamış Bakı prosesinin və əlaqədar beynəlxalq təşəbbüslərin davam etdirilməsinin və bu istiqamətda səylərin artırılmasının vacibliyini qeyd etdilər.
Ayrı-seçkiliyin, ksenofobiyanın, terrorçuluğun, separatizmin, ekstremizmin, eləca də milli, dini və etnik zəminde dözümsüzlüyün artması, humanitar fəlakat həddində qaçqınların, məcburi köçkünlərin va miqrantların kütləvi axını, habelə terrorçu va separatçı qruplaşmalar tərəfindən dini, mədəni və tarixi sərvətlərin, abidələrin və məbədlərin dağıdılması ilə bağlı öz dərin narahatlıqlarını bildirdilər.
Özündə bəşəri dəyərləri əks etdirən İslam va bütün səmavi dinlərin dünya sivilizasiyasına, mədəniyyatinə va irsina əvəzolunmaz töhfə verdiyini, hümanizmin, sülhün va ədalətin bərqarar edilməsinə xidmət etdiyini bildiridilər.
İslam həmrəyliyinin mədəniyyətlər və dinlərarası dialoqun inkişafında ümumi bəşəri dəyərlərin dünyada təbliği va gələcək nəsillərə ötürülməsində vacib rol oynadığını vurğuladılar.
Davamlı inkişafa, əmin-amanlığa, sabitlik va təhlükəsizliyə əsas manea olan silahlı münaqişələrə son qoymaq naminə beynəlxalq birlik tərəfindən səylərin gücləndirilməsinin vacibliyini önə çəkdilər.
Konfrans iştirakçıları,
Dövlətləri, BMT və digər beynəlxalq və regional təşkilatları, eləcə də dini liderləri mədəniyyətlər və dinlərarası dialoqun və qarşılıqlı anlaşmanın təşviq olunmasının davam etdirilməsinə və bu sahadə əməkdaşlığın genişləndirilməsinə çağırırlar.
Milli, dini və etnik zəmində zorakılıq hallarına rəvac verən va zərərli ideologiyaya əsaslanan təbliğatın qarşısının alınmasında əməkdaşlığın artırılmasına, geniş dialoqun davam etdirilməsinə və maarifçiliyin gücləndirilməsinə çağırırlar.
Siyasi motivlər daşıyan va məqsədyönlü qızışdırılan ksenofobiya va islamafobiyanın, habelə İslam dininin adından sui-istifadə etməklə terrorçuluğun va insanlıq əleyhinə cinayətlərin törədilməsinin qarşısının alınması üçün təsirli tədbirlər görməyə çağırırlar.
Beynalxalq ictimaiyyəti Birləşmiş Millətlər Təşkilatının mərkəzi Əlaqaləndirici rolu vasitəsilə beynəlxalq sabitlik və təhlükəsizliyə olan çağırış va təhdidlərlə, o cümlədən münaqişələrin yaranmasının, qaçqın, məcburi köçkünlərin va miqrantların axınına səbəb olan terrorçuluğun, tecavüzkar separatizmin, ekstremizminin qarşısının alınması sahəsində səmərəli mübarizə aparılması üçün səylərin birləşdirilməsinə çağırırlar.
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn hamılıqla tanınmış prinsip va normalarına, xüsusilə dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığı prinsiplərinə sadiqliklərini təsdiq edirlər. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bu kontekstdə sülh yolu ila tezliklə həll olunmasına töhfə verməyə çağırırlar.
Bütün səmavi dinlarin Müqaddas şəhəri - Qüds Os-Şərif ətrafında baş verən və onsuz da mürəkkəb olan vəziyyati daha da gərginləşdirən siyasi proseslerin qabuledilməz olduğunu vurğulayaraq, məsələnin hər bir dinə və mədəniyyətə qarşılıqlı hörmət, beynalxalq hüququn prinsip va normaları va BMT Təhlükəsizlik Şurasının qətnamələri asasında sülh yolu ilə həlli istiqamatində səylərin artırılmasına çağırırlar.
Bakı, 21 dekabr 2017-ci il.