2017-11-22

2017-ci il noyabrın 22-də Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov Tacikistan Respublikasının Ali Məhkəməsinin sədri Şermuxammad Şohiyen ilə görüşmüşdür.

Görüşdə səfir Abbasəli Həsənov  Azərbaycan ilə Tacikistan arasında olan əlaqələrin intensiv xarakter aldığını qeyd etmiş, respublikamızda həyata keçirilən məhkəmə hüquq islahatlarının səmərəliliyini diqqətə çatdıraraq bu işin Ali Məhkəmənin yeni strukturunda və fəaliyyətində öz əksini tapması barədə Tacikistan Ali Məhkəməsinin sədrinə məlumat vermişdir.

Səfir A.Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Tacikistan Respublikasının Prezidenti cənab Emomali Rahmon arasında mövcud olan dostluq münasibətlərinin ölkələrimiz arasındakı siyasi, iqtisadi, elmi və mədəni sahələrdə sıx əlaqələrin yaranmasında və inkişaf etdirilməsində mühüm rol oynadığını, əlaqələrimizin gələcək inkişafının istaqamətlərinin müəyyənləşdirilməsində xüsusi əhəmiyyıt kəsb etdiyini diqqətə çatdırmışdır. Tərəflər diplomatik əlaqələrin qurulmasının 25 illiyi dövrdə iqtisadi əlaqlərin bir sıra sahələrində qarşılıqlı razılaşmalar əldə edilmişdir. Görüş zamanı tərəflər tarixi mədəni əlaqlərimizin ənənəvi dostluq əlaqələrinə əsaslanan iqtisadi-ticari, elmi-mədəni əlaqələrin dinamik inkişafını məmnunluqla  qeyd etdilər. Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti ikitərəfli münasibətlərəinkişafına böyük töhvə vermişdir. Komissiyanın 4-cü iclası cari ilin iyul ayında Bakıda baş tutmuş və həmin iclasda Azərbaycan-Tacikistan parlamentlərarası işçi qrupunun yaxşı münasibətlərə malik olduğu qeyd edildi. Səfir həmçinin bildirmişdir ki, Azərbaycanın məhkəmə sistemində ən yeni informasiya texnologiyalarından geniş istifadə edilir.

Tacikistan Ali Məhkəməsinin sədri Ş.Şohiyen Tacikistan tərəfinin  Azərbaycanın müasir tələblərə cavab verən qanunvericilik bazasına xüsusi maraq göstərdiklərini qeyd etmiş, qarşılıqlı əlaqələrin böyük əhəmiyyət daşıdığını və bu əlaqələrin bundan sonra da davam etdiriləcəyini bildirmişdir. Ali Məhkəmənin sədri Ş.Şohiyen ali məhkəmlərlə bağlı Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində şuraların fəaliyyət göstərdiyini və bunun təcrübə mübadilələrinin aparılmasında mühüm rol oynadığını qeyd etmişdir. Ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərini yüksək dəyərləndirən Ali Məhkəmə sədri prezident İ.Rahmonun və prezident İ.Əliyevin buna xüsusi önəm verdiklərini diqqətə çatdırmış, hər iki ölkə səfirlərinin fəaliyyətinin yüksək qiymətləndirmişdir.

Görüşdə hüquqi dövlət quruculuğu sahəsində görülən tədbirlər və məhkəmə hüquq təcrübəsi ilə bağlı geniş fikir mabadiləsi aparılmışdır.

Arxiv üzrə axtarış