2017-10-04

Tacikistanın Sənaye və Yeni Texnologiyalar naziri Şafkat Bobozoda Azərbaycan səfiri A.Həsənovu qəbul etmişdir.

AR Tacikistandakı Səfiri Abbasəli Həsənovla Tacikistan Sənaye və Yeni Texnologiyalar naziri Şafkat Bobozada arasında 04 oktyabr 2017-ci il tarixində görüş keçirilmişdir. Görüşdə iki ölkə başçıları arasında səmimi dostluq, xalqlarımız arasında tarixən sıx   mədəni və elmi əlaqələrin mövcudluğu məmnunluq hissi ilə qeyd olunmuşdur.

Azərbaycanın iqtisadi inkişafından danışan səfir A.Həsənov 25 il ərzində Azərbaycan Respublikasının yüksək templə inkişaf etməsinin əsas səbəbini Ulu Öndər H.Əliyev tərəfindən düşünülmüş dəqiq və düzgün dövlətçilik idarəçiliyi, qoyulmuş siyasi-iqtisadi binövrə ilə əlaqələndirmiş və Ulu Öndər tərəfindən seçilən düzgün siyasətin bu gün də prezident İ.Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır. Əlavə olundu ki, Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan reytinqdə bir neçə inkişaf edən ölkələri qabağlayaraq 35-ci yerdə yerləşib.

Söhbət zamanı nazir Ş.Bobozadə Tacikistan Respublikasının prezidenti E.Rahmonun tapşırığına əsasən ölkədə xalçaçılığın inkişafı üçün Milli Proqramın qəbul olunduğunu və Azərbaycanın çoxəsrlik xalçaçılıq sənətinin və bu sahədə əldə edilmiş təcrübənin öyrənilməsi üçün Tacikistan Sənaye və Yeni Texnologiyalar Nazirliyinin nümayəndə heyətinin ölkəmizə səfər zamanı onlara hər tərəfli göstərilən köməyə və qonaqpərvərliyə görə TR-in baş naziri K.Rasuzodənin təşəkkürünü səfirə çatdırmışdır. Tacikistanlı nazir ölkəmizdə olan nümayəndə heyətinin çox böyük təəssuratla geri döndüklərini, Azərbaycanın iqtisadi uğurlarının şahidi olduqlarını diqqətə çatdırmışdır.

Düşənbə-Bakı birbaşa hava reysinin bərpası məsələsinə toxunan səfir A.Həsənov  bu məsələnin bu günə kimi həll olunmamasının Azərbaycanla Tacikistan arasında iqtisadi-ticari, elmi-mədəni sahələrdə geniş imkanların mövcudluğuna baxmayaraq bu istiqamətdə işlərin həyata keçirilməsinə böyük maneəçilik törətdiyini həmsöhbətinin diqqətinə çatdırmışdır.

 Görüşdə Azərbaycan investorlarının Tacikistan iqtisadiyyatına maraq göstərdiyi vurğulanmış, Tacikistan tərəfindən xarici sərmayənin cəlb edilməsi məqsədi ilə münbit şəraitin yaradılmasının vacibliyi qeyd olunmuş, vergi və gömrük sahəsində asanlaşdırılmanın  həyata keçirilməsi məqsədəuyğun hesab edilmişdir.

Azərbaycanda istehsal olunan geniş çeşidli məhsulların istər sənaye istər ağır və sənaye məhsulları Tacikistan bazarına gətirilməsinə məqsədəuyğun hesab edilir.

Nazir Ş.Bobozoda Azərbaycanın qabaqcıl sənaye inkişafı üzrə təcrübəsini öyrənmək məqsədilə yaxın zamanlarda Azərbaycana səfər edəcəyini səfir A.Həsənovun diqqətinə çatdırmışdır.

 

Arxiv üzrə axtarış