Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycana səfərə gəlib
4 iyul 2025-ci il tarixdə Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 4-də Azərbaycana səfərə gəlib.
Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonu elm və təhsil naziri Emin Əmrullayev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və Azərbaycan Respublikasının Tacikistandakı səfiri Əlimirzamin Əskərov qarşılayıblar.