news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 12 noyabr 2024

Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana səfərə gəlib

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Azərbaycan Respublikasının Tacikistandakı səfiri Əlimirzamin Əskərov və digər rəsmi şəxslər qarşılayıblar.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti