news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 12 dekabr 2025

Səfirlikdə Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib

Dekabrın 12-də Azərbaycanın Tacikistan Respublikasındakı səfirliyində Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib. Tədbirdə səfirlik əməkdaşları, Azərbaycan diasporunun nümayəndələri, bu ölkədə yaşayan, işləyən və təhsil alan həmvətənlərimiz iştirak ediblər.

İlk öncə Ulu Öndər Heydər Əliyevin səfirlikdəki büstü önünə gül dəstəsi qoyulub və Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Daha sonra səfir Əlimirzamin Əskərov tədbirdə çıxış edərək, Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin qurulması və gücləndirilməsində müstəsna xidmətlərindən geniş söhbət açıb, onun müdrikliyi, milli maraqlara sarsılmaz sədaqəti və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi naminə gördüyü misilsiz xidmətlərin tariximizdə silinməz izlər qoyduğunu və bu gün də Azərbaycanımızın inkişafına istiqamət verən dəyərli irs kimi yaşadığını bildirib.

Ulu Öndər Heydər Əliyevin müdrik dövlətçilik irsinin bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyi qeyd edilib və Prezident İlham Əliyevin güclü siyasi iradəsi, qətiyyətli liderliyi və müzəffər komandanlığı nəticəsində Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi qələbə barədə söhbət aparılıb.

Tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.

Bununla yanaşı, Ümummilli Liderin vəfatının ildönümü ilə bağlı yazılar Tacikistanın nüfuzlu xəbər portalında yayımlanıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti