news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 06 dekabr 2025

Səfirlik Düşənbə şəhərində təşkil olunan xeyriyyə yarmarkasında iştirak edib

6 dekabr 2025-ci ildə Düşənbə şəhərində xeyriyyə yarmarkası təşkil olunub. Tədbirdə, Tacikistan Respublikası xarici işlər nazirinin birinci müavini Fərrux Hamralizodə açılış nitqi ilə çıxış edib və ölkələrin pavilyonları ilə tanış olub. Azərbaycan Respublikasının Tacikistandakı səfiri Əlimirzamin Əskərov səfirlik tərəfindən satışa çıxarılan məhsullar barədə nazir müavininə məlumat verib.
Tacikistanda akkreditə olunmuş bir neçə diplomatik nümayəndəliklə yanaşı, səfirliyin də fəal iştirak etdiyi tədbirdə, ölkəmizin milli incəsənət, sənətkarlıq və sənaye məhsulları, Azərbaycan milli mətbəxindən və şirniyyatlarından nümunələr, suvenirlər, səfirlik tərəfindən tacik dilinə tərcümə edilmiş kitablar, o cümlədən ölkənin turizm imkanları haqqında məlumatlar tədbirin qonaqlarına təqdim olunub.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti