news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 13 noyabr 2025

Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov Azərbaycanın Tacikistandakı Səfirliyində olub

12 noyabr 2025-ci il tarixdə Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, deputatlar Fariz İsmayılzadə, Bəxtiyar Əliyev, Nizami Səfərov və Sabir Hacıyev Azərbaycan Respublikasının Tacikistandakı Səfirliyinin ziyarət ediblər.

Azərbaycan dövlətçiliyinin memarı və qurucusu,  ümummilli  lider Heydər Əliyevin Səfirlikdə ucaldılmış abidəsi önünə gül dəstəsi qoyaraq Ümummilli liderə dərin ehtiramlarını ifadə ediblər.

Daha sonra qonaqlar Səfirliyin inzibati binasında yaradılan şəraitlə tanış olub və əməkdaşlarla görüşüblər.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti