news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 24 iyul 2024

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təyin edilmiş prezidenti Muxtar Babayev tərəf dövlətlərə və müşahidəçi birliklərə ilk məktubunu ünvanlamışdır

17 iyul 2024-cü il tarixdə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təyin edilmiş prezidenti, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev tərəf dövlətlərə və müşahidəçi birliklərə ilk məktubunu ünvanlamışdır.

Məktubda COP29 Sədrliyinin prioritetləri, fəaliyyət istiqamətləri, növbəti aylar üçün strategiya və baxışı, o cümlədən nəzərdə tutulan tədbirlər və görüşlər barədə məlumatlar öz əksini tapmışdır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti