news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 05 noyabr 2021

Azərbaycanla Tacikistan arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub

Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov ilə bu ölkənin sənaye və yeni texnologiyalar naziri Şerali Kabir arasında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə yüngül, yeyinti sənayesi, neft-kimya, geologiya, əlvan metalların emalı, hidroenergetika, kənd təsərrüfatı məhsullarının emalı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Azərbaycan investisiyalarının Tacikistan iqtisadiyyatına cəlb edilməsi, bu ölkəyə məxsus yüklərin Azərbaycan ərazisindən daşınması və s. sahələrə dair fikir mübadiləsi aparılıb.

Görüşdə hüquq-müqavilə bazasının genişləndirilməsi, iqtisadi tərəfdaşlığın inkişafı istiqamətləri, investisiya qoyuluşu, birgə müəssisələrin yaradılması və qarşılıqlı maraq doğuran başqa məsələlər müzakirə edilib.

https://azertag.az/xeber/1917858

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti