Azərbaycan Respublikasının Tacikistandakı səfiri Əlimirzamin Əskərov Tacikistan Respublikası Hökuməti yanında Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinin sədri Rəcəbəli Rəhmonəli ilə görüşmüşdür
12 mart 2025-ci il tarixdə Azərbaycan Respublikasının Tacikistandakı səfiri Əlimirzamin Əskərov Tacikistan Respublikası Hökuməti yanında Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinin sədri Rəcəbəli Rəhmonəli ilə görüş keçirmişdir.
Görüş zamanı səfir, vəzifəyə yeni təyin olunması münasibəti ilə R.Rəhmonəliyə təbriklərini çatdırmış və əvvəlki illərdə olduğu kimi onun rəhbərliyi dövründə də ölkələrimiz arasında fövqəladə hallar sahəsində əməkdaşlığın inkişaf edəcəyinə ümidvarlığını ifadə etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilmişdir.