news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 20 iyun 2025

Azərbaycan Respublikasının Tacikistandakı səfiri Əlimirzamin Əskərov “Mərkəzi Asiya - ŞƏT-in özəyi: 25 illik birgə inkişaf maraqları naminə əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda iştirak edib

19 iyun 2025-ci il tarixdə Tacikistan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Mərkəzi Asiya – ŞƏT-in özəyi: 25 illik birgə inkişaf maraqları naminə əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tacikistan Respublikası Xarici İşlər Nazirliyi, Dövlət İdarəçilik Akademiyası, ŞƏT-in Dostluq və Əməkdaşlıq Mərkəzi tərəfindən təşkil olunmuş tədbirdə Azərbaycan Respublikasının Tacikistandakı səfiri Əlimirzamin Əskərov iştirak edib.

Səfir Əlimirzamin Əskərov tədbirdə çıxış edərək, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyətin Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil etdiyini qeyd edib. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələrin, Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verdiyini vurğulayıb. Azərbaycanla ŞƏT arasında əməkdaşlığın digər sahələrindən söhbət açıb.

Tədbirdə çıxış edənlər Mərkəzi Asiyanın ŞƏT-in özəyi kimi əhəmiyyəti, Tacikistanın təşkilatın inkişafına verdiyi töhfə, o cümlədən siyasi dialoq, iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin gücləndirilməsinin zəruriliyi barədə danışıblar.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti