news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 11 oktyabr 2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüş keçirib

Oktyabrın 10-da Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü olub.

Söhbət zamanı iki ölkənin dövlət başçılarının Azərbaycanda və Tacikistanda, həmçinin beynəlxalq tədbirlər çərçivəsində görüşləri məmnunluqla xatırlandı, yüksəksəviyyəli qarşılıqlı səfərlərin müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi işinə verdiyi töhfəyə toxunuldu.

MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən iclasının aktual məsələlərin müzakirəsinə yaxşı imkan yaratdığı qeyd edildi.

Görüşdə Azərbaycan və Tacikistan prezidentləri əlaqələrimizin uğurla inkişaf etdiyini vurğuladılar və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi apardılar.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti