news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 06 sentyabr 2025

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov Tacikistan Respublikasına işgüzar səfər etmişdir

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov Müstəqil Dövlətlər Birliyi (MDB) İqtisadi Şurasının 107-ci iclasında iştirak etmək üçün 4-5 sentyabr 2025-ci il tarixlərində Tacikistan Respublikasının Düşənbə şəhərinə işgüzar səfər etmişdir.

5 sentyabr 2025-ci il tarixdə Tacikistan Respublikası Baş nazirinin birinci müavini Hokim Xolikzodənin sədrliyi ilə keçirilmiş iclasın gündəliyinə 27 məsələ daxil edilmiş və 17 sənəd daha sonra cari ilin sentyabr ayının 29-da Minskdə keçiriləcək Hökumət Başçıları Şurasına təqdim olunacağı bildirilmişdir.

İclas zamanı bir sıra vacib məsələlər müzakirə olunmuşdur.

İqtisadi Şuranın növbəti iclasının cari il dekabr ayının 5-də Moskvada keçirilməsi planlaşdırılmışdır.

Həmin gün, Baş nazirin birinci müavini Yaqub Eyyubovun Tacikistan Respublikasına səfəri başa çatmışdır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti