Azərbaycan idmançıları Düşənbə şəhərində cüdo üzrə Böyük Dəbilqə yarışında iştirak ediblər
02-04 may tarixlərində Tacikistanın paytaxtı Düşənbə şəhərində cüdo üzrə Böyük Dəbilqə yarışı keçirilib.
Azərbaycandan 8 idmançının iştirak etdiyi turnirdə, ölkəmiz 2 qızıl və 2 gümüş medalla 27 ölkə arasında ikinci yeri tutmuşdur.
Azərbaycan Respublikasının Tacikistandakı səfiri Əlimirzamin Əskərov idmançılarımıza dəstəyini ifadə edərək keçirdikləri yarışları izləmiş və Azərbaycan idmançılarının qızıl və gümüş medal qazandığı 90 kq çəki dərəcəsində qaliblərə medalları təqdim etmişdir.