news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 20 yanvar 2026

20 Yanvar – Ümumxalq Hüzn Gününün 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Azərbaycanın Tacikistandakı Səfirliyində 20 Yanvar – Ümumxalq Hüzn Gününün 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Azərbaycan Respublikasının Tacikistandakı Səfirliyinin təşkilatçılığı ilə baş tutmuş tədbirdə, səfirliyin əməkdaşları və Azərbaycan icmasının nümayəndələr iştirak ediblər.

Anım tədbirində ilk olaraq 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov 20 yanvar faciəsi ilə bağlı məlumat verib.

Tədbir çərçivəsində Səfirlikdə “Qanlı Yanvar”a həsr olunmuş guşə yaradılıb və faciə ilə bağlı videoçarx nümayiş etdirilib. Guşədə 20 Yanvar faciəsi haqqında məlumatlar və hadisənin dəhşətli anlarını əks etdirən fotoşəkillər nümayiş olunub.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti