Səfirlik
Tərcümeyi-hal

Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əlimirzamin Əskərovun tərcüməyi-halı

 

 

Anadan olmuşdur -  09.10.1959-cu il, Azərbaycan Respublikası

 

Təhsili:

1981-ci ildə Leninqrad Dövlət Universitetini bitirib.

1993-cü ildə Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını bitirib.

2005-ci ildə “Konsulluq münasibətlərinin beynəlxalq hüquqi tənzimlənməsi təcrübəsi: Azərbaycan Respublikasının təcrübəsi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

Hüquq elmləri namizədidir.

 

Əmək fəaliyyəti:

1992-ci ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi sistemində çalışır.

1994-1998-ci illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin birinci katibi vəzifəsində çalışıb.

1998-2012-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində şöbə müdirinin müavini, İnsan hüquqları, demokratiya və humanitar məsələlər idarəsinin rəisi vəzifəsində çalışıb.

2012-2017-ci illərdə Azərbaycan Respublikasının Çexiyadakı Səfirliyində müşavir vəzifəsində işləyib.

2017-2021-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Humanitar və sosial məsələlər idarəsinin rəisi vəzifəsində çalışıb.

16 iyul 2021-ci il tarixdən Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışır.

2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Fövqəladə və Səlahiyyətli Səfir diplomatik rütbəsi verilmişdir.

 

Xarici dillər : Rus, ingilis, fars, çex, tacik dillərini bilir.

Ailə vəziyyəti : Evlidir, iki övladı var.



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti