İqtisadi əlaqələr

Rəqabətqabiliyyətli məhsulların və şirkətlərin siyahısı

 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanın Tacikistanla ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 2,8 dəfə artaraq 8,2 milyon dolları üstələyib.

 

İxrac – idxal:

Azərbaycandan Tacikistana ixrac: 7,6 milyon dollar (+3 dəfə)

Tacikistandan Azərbaycana idxal: 602,8 min dollar (+40,3 faiz)

 

Cari ilin ilk 6 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Tacikistanla ticarətin payı 0,03 faiz təşkil edib.

 

Tacikistana Azərbaycandan ağ şəkər, günəbaxan və pambıq yağları, distillə edilmiş yağ turşuları, telekommunikasiyada  istifadə edilər elektrik ötürücüləri və sair mallar idxal edilmişdir.

 

Tacikistandan Azərbaycana isə əsasən yerfındığı (araxis), pambıq ipliklər, toyuq yumurtaları, qurudulmuş ərik və sair mallar  ixrac edilmişdir.



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti