Səfirlik
Tərcümeyi-hal

Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Elxan Cahangir oğlu Qəhrəmanın tərcüməyi-halı

 

Doğulduğu tarix və yer: 22 aprel 1965-ci il, Bakı şəhəri, Azərbaycan Respublikası

 

Təhsili:

1982-1989 - Azərbaycan Dövlət Universiteti, Şərqşünaslıq fakültəsi;

1994 - "Diplomacy by Networking Training for International Diplomats", Berlin, Almaniya;

2000 – Vyana Diplomatik Akademiyası, Avstriya.

 

Əmək fəaliyyəti:

1991 – Azərbaycan SSR Elmlər Akademiyasının "Örnək" nəşriyyatının redaktoru;

1991-1993 – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mədəniyyət və humanitar idarəsi, ikinci katib;

1993-1995 – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Avropa və ABŞ idarəsi, ikinci katib;

1995-1997 –Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin ikinci katibi;

1997-2001 – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Avropa və ABŞ idarəsi, ikinci katib, birinci katib və şöbə müdiri;

2001-2006 – Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyinin birinci katibi, Səfirliyin Dubay şəhərindəki ofisində konsul;

2006-2007 – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Avropa idarəsi, şöbə müdiri;

2007-2009 – Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyinin müşaviri, müvəqqəti işlər vəkili;

2009-2015 – Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri;

2016-2022 – Azərbaycan Respublikasının Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri;

2023-2026 – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Amerika idarəsi, idarə rəisinin müavini;

28 iyul 2026-cı il tarixdən Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışır.

2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilmişdir.

 

Təltifləri:

2019 – 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni

2019 – "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı

 

Xarici dillər : Rus, ingilis, ərəb dillərini bilir.

Ailə vəziyyəti : Evlidir, bir övladı var.



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti