Qayıdış Şəhadətnaməsi

Ümumi məlumat

Ümumi məlumat

Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi

Xarici ölkədə pasportunu itirmiş, pasportu oğurlanmış və ya yararsız hala düşmüş, pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşının və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşı olan övladının ölkəyə qayıtmaq hüququ Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi əsasında həyata keçirilir.

Şəhadətnamənin alınması üçün aşağıdakı sənədlər Səfirliyə təqdim olunmalıdır:

Pasportun etibarlıq müddəti bitdikdə və yaxud səhifələri dolduqda:

  • Doldurulmuş ərizə-anket;
  • Pasportun əsli;
  • 2 ədəd rəngli fotoşəkil (2x2 ölçüdə);
  • dövlət rüsumunun ödənilməsi haqqında sənəd. 

Pasportun itirildiyi və ya oğurlandığı təqdirdə:

  • Doldurulmuş ərizə-anket;
  • üzərində fotoşəkil olan aşağıdakı sənədlərdən biri –
  • Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;
  • Azərbaycan Respublikası tərəfindən verilmiş hərbi bileti;
  • Azərbaycan Respublikası tərəfindən verilmiş sürücülük vəsiqəsi;
  • 2 ədəd rəngli fotoşəkil (2x2 ölçüdə);
  • dövlət rüsumunun ödənilməsi haqqında sənəd. Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs tərəfindən bu yuxarıda göstərilən sənədlər təqdim edildikdən sonra Şəhadətnamə ərizə-anket qeydiyyata alındığı vaxtdan ən geci 3 təqvim günü müddətində verilir.

Azərbaycan Respublikası vətəndaşının və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən müvafiq sənədlər mövcud olmadıqda, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu onun özü barəsində təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı vasitəsilə, müstəsna hallarda isə birbaşa Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına sorğu göndərir.

Arxiv üzrə axtarış