18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları üçün

18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları üçün

Pasportun rəsmiləşdirilməsi üçün aşağıdakı sənədlər Səfirliyə təqdim edilməldir.

  • Ərizə anket
  • Şəxsiyyət vəsiqəsi 
  • Pasport
  • Hərbi bilət 
  • Konsul qeydiyyatı vərəqəsi
  • Dövlət rüsumunun ödənilməsi barədə sənəd 
  • 2 ədəd foto şəkil 2x2  ölçüdə

Pasport oğurlandıqda yuxarıda sadalanan sənədlərin sırasına oğurluq faktı baş verən ərazi üzrə polis bölməsindən pasportun oğurlanmasını təsdiq edən müvafiq arayış əlavə edilməlidir.Vətəndaş yuxarıda sadalanan sənədlərlə və şəxsiyyət vəsiqəsi ilə birlikdə şəxsən Səfirliyə gəlməlidir. 

“Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının 2001-ci il 4 dekabr tarixli, 223-IIQ nömrəli Qanununun 14.1- ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşlarına ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə aşağıdakı məbləğdə dövlət rüsumu tutulur.

  • bir yaşınadək uşaqlar üçün - 10 manat
  • bir yaşından üç yaşınadək uşaqlar üçün - 20 manat
  • üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 30 manat
  • on səkkiz yaşına çatmış vətəndaşlar üçün - 40 manat

Azərbaycan Respublikasının ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün nəzərdə tutulan dövlət rüsumunun elektron ödənişini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsində https://e-payment.mia.gov.az/portal/index “Dövlət rüsumlarının, cərimələrin və xidmət haqlarının elektron ödənişi” xanasına daxil olaraq həyata keçirmək mümkündür.

Qeyd. Online ödənişin ödənilməsi mümkün olmadığı təqdirdə qeyd olunan ödənişi Bakı şəhərində yaşayan yaxın qohum və ya tanışlarınız vasitəsilə də həyata keçirə bilərsiniz. Bu halda ödəniş Sizin şəxsiyyət vəsiqənizin surəti əsasında AR DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində həyata keçirilməlidir. Ünvan: Bakı şəhəri, R.Behbudov küçəsi 130, AZ 1014

Həmçinin, “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının 2001-ci il 4 dekabr tarixli, 223-IIQ nömrəli Qanununun 16.1.2-ci maddəsinə əsasən, ümumvətəndaş pasportların alınması məqsədilə sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə 25 ABŞ dolları dövlət rüsumu ödənilir.

Vətəndaşdan biometrik pasportun tələblərinə uyğun üz təsvirinin foto şəkli, əl-barmaq izləri və elektron imzası alındıqdan sonra, sənədlər elektron formada Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə göndərilir.

Pasport Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində rəsmiləşdirildikdən sonra Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə Səfirliyə göndərilir.

Bu səbəbdən pasportun rəsmiləşdirilməsi adətən 2-3 ay müddət tələb edir

 

Arxiv üzrə axtarış