Azərbaycan Respublikasının vətəndaşlığından çıxma

Azərbaycan Respublikasının vətəndaşlığından çıxma

Azərbaycan Respublikasının vətəndaşlığından çıxma şəxsin vəsatəti üzrə həyata keçirilir.

Azərbaycan Respublikasının vətəndaşlığından çıxma haqqında vəsatətin rədd edildiyi hallar

Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəlikləri varsa, vətəndaşlıqdan çıxmaq haqqında vəsatəti tərəfindən rədd edilə bilər.

Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxs müttəhim kimi cinayət məsuliyyətinə cəlb edilmişsə, yaxud onun barəsində qanuni qüvvəyə minmiş və icra edilməli olan məhkəmə hökmü varsa və ya şəxsin Azərbaycan Respublikası vətəndaşlığından çıxması Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi mənafelərinə ziddirsə, həmin hallar aradan qalxana qədər vətəndaşlıqdan çıxmağa yol verilmir.

Azərbaycan Respublikasının vətəndaşlığından çıxma üçün tələb olunan sənədlər

  1. Azərbaycan Respublikası Prezidentinin adına yazılmışƏrizə-anket
  2. 4 ədəd 2x2 ölçüdə fotoşəkil;
  3. yaşayış yerindən ailə tərkibi haqqında arayış;
  4. dövlət qarşısında icra edilməmiş öhdəliklərinin olmaması və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəliklərinin olmaması barədə müvafiq sənədlər;
  5. Hərbi biletin surəti;
  6. dövlət rüsumunun ödənilməsi barədə sənəd 
  7. şəxsiyyəti təsdiq edən sənədin surəti;

Qeyd: savadsızlıq və fiziki qüsurlarına görə müraciət edən şəxs tərəfindən sənədlərin imzalanması mümkün olmadığı halda ərizəyə bu barədə izahlı qeyd yazılmalı və sənədləşməni aparan orqan həmin faktı təsdiq etməlidir.

Arxiv üzrə axtarış