Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyət
Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət
Aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar:
- “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli Qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər – o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək, yəni 07 oktyabr 1998-ci ilədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun;
- 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər – o şərtlə ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarrixli Qanununun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər;
- 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar – belə şəxslər tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir;
- “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli Qanununa müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər.
Tələb olunan sənədlər
Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirmək üçün şəxs aşağıdakı sənədlərlə Səfirliyə müraciət etməlidir:
- Doldurulmuş Ərizə-anket
- 2 ədəd 2x2 ölçüdə fotoşəkil
- Azərbaycan Respublikasının Tacikistandakıı Səfirliyinin adına yazılmış Ərizə;
- Azərbaycan Respublikasının vətəndaşlığına dair və şəxsiyyəti təsdiq edən sənədlərin bütün səhifələrinin surətləri (doğum haqqında şəhadətnamənin surəti, keçmiş sovet nümunəli pasportun surəti, hərbi biletin surəti və s.);
- “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (yəni, 07.10.1998-ci il tarixinədək) Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyat barədə rəsmi sənədlərin möhürlə təsdiq edilmiş surətləri;
- 18 yaşına çatmamış şəxslərin valideynləri barədə məlumatlar (şəxsiyyətini təsdiq edən sənədlərin surətləri və s.);
- Şəxsin 1 yanvar 1988-ci ildən 1 yanvar 1992-ci ilədək Azərbaycan respublikası ərazisində məskunlaşmış qaçqın olduğu halda, bu faktı təsdiq edən müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən verilmiş vəsiqə və ya arayışın surəti (notarial qaydada təsdiq edilmiş);
- Dövlət rüsumunun ödənilməsi barədə sənəd.