Ölümün Qeydə Alınması

Ümumi məlumat

Xarici ölkələrdə yaşayan aşağıda göstərilən kateqoriya şəxslər vəfat etdikdə onların ölümünün qeydə alınması (yəni ölüm faktının Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının akt qeyd kitabına qeyd edilməsi və ölmüş şəxsin adına ölüm haqqında şəhadətnamənin verilməsi) Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən aparılır: 
- xarici ölkələrdə müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları;
- Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bu şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi; Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi olduğu təqdirdə);
- Eyni zamanda, xarici ölkə ərazisindən keçərkən (qatarda, gəmidə, təyyarədə yol gedərkən) yolda vəfat edən Azərbaycan Respublikasının vətəndaşlarının ölümü ən yaxın ölkədəki Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluğu tərəfindən aparıla bilər. 

Ölümün qeydə alınması  üçün tələb olunan sənədlər

1. ölümün qeydə alınması haqqında şifahi müraciət və ya yazılı ərizə; 
2. ölmüş şəxsin şəxsiyyətini təsdiq edən sənədlər:
- Azərbaycan Respublikası vətəndaşları üçün - Azərbaycan Respublikası vətəndaşının pasportu, dənizçinin şəxsiyyət sənədi, şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikası tərəfindən verilmiş hərbi bilet, Azərbaycan Respublikası tərəfindən verilmiş sürücülük vəsiqəsi və ya şəxsiyyətini və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirən digər rəsmi sənəd;
- Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün - Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi; Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi. 
3. ölüm faktı haqqında müvafiq xarici ölkənin (yerin) tibb müəssisəsinin arayışı / ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi.

Arxiv üzrə axtarış